Pakistan istənilən vaxt, istənilən yerdə və istənilən şəkildə Hindistanın “təcavüzkarlıq aktına” cavab vermək hüququnu özündə saxlayır. Ölkənin silahlı qüvvələri müvafiq tədbirlər görmək səlahiyyətinə malikdir. Bu barədə Pakistan Milli Təhlükəsizlik Şurasının növbədənkənar iclasının yekunları üzrə baş nazir Katibliyinin mətbuat xidmətinin bəyanatında deyilir.
Sənəddə deyilir: “BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Pakistan günahsız pakistanlıların itkisi və onun suverenliyinin kobud şəkildə pozulmasının qisasını almaq üçün istədiyi vaxt, yerdə və istənilən vasitə ilə özünümüdafiə üçün cavab vermək hüququnu özündə saxlayır”. “Pakistan Silahlı Qüvvələri bununla bağlı müvafiq tədbirlər görmək səlahiyyətinə malikdir”.