Pakistan Rusiya Federasiyasının dəstəyini görür və tezliklə BRICS tərəfdaş ölkələrinə qoşulmağı gözləyir. Bunu TASS-a Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq deyib.
Rusiyanın BRİKS-ə sədrliyi ilində assosiasiyaya tərəfdaş ölkələrə çevrilən dövlətlər siyahısına Pakistanın da qoşulmaq imkanını şərh edən Sadiq qeyd edib ki, İslamabad buna çalışır və Moskva bu yolda onu dəstəkləyir.
“Bəli, Rusiya bizi BRİKS-də dəstəkləyir və ümid edirəm ki, biz [tərəfdaş kimi] tezliklə BRİKS-ə qoşulacağıq”, – o vurğulayıb. (Tass)