Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Gilani və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İslamabadda İran silahlı qüvvələrinin terrorçu qruplaşmanın Pakistan ərazisindəki qərargahına zərbə endirməsindən sonra yaranmış gərginliyi aradan qaldırmaq üçün şəxsi görüş keçirirlər. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı salamlayır”, – mesajda deyilir: “Xarici işlər nazirləri ikitərəfli dialoq və qarşılıqlı fəaliyyətin inkişafı, həmçinin Pakistan-İran əlaqələrinin daha da gücləndirilməsi ilə bağlı ətraflı danışıqlar aparacaqlar”. (Tass)