İsrailin getdikcə daha aqressiv hərəkətlərini narahatlıqla izləyir və Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini pisləyir. İslam Respublikasının Xarici İşlər Nazirliyi müvafiq bəyanatla çıxış edib.
“İsmail Haniyənin öldürülməsindən dərin sarsıntı” keçirən XİN qeyd edib ki, İran prezidentinin andiçmə mərasimi HƏMAS siyasi büro rəhbərinin ölümü ilə üst-üstə düşür, “xarici dövlət rəsmiləri, o cümlədən Pakistan baş nazirinin müavini də iştirak edib”.
Bəyanatda vurğulanır ki, İslam Respublikası “bütün forma və təzahürlərində terrorizmi ardıcıl olaraq pisləyir”. “Haniyyənin öldürülməsi və İsrailin hərəkətləri Yaxın Şərqdə təhlükəli eskalasiyaya gətirib çıxarır və bu qeyri-sabit regionda sülhə nail olmaq səylərini pozur”, – XİN əlavə edib. (Tass)