Pakistan Silahlı Qüvvələri “Azm-e-Istehqam” (Qətiyyət və Sabitlik) adlı yeni milli antiterror strategiyasını həyata keçirməyə başlayıb. Bu barədə Müdafiə Nazirliyinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Ravalpindidə keçirdiyi mətbuat konfransında bildirib.
“Azm-e-Istehqam” Əfqanıstandan Pakistana qarşı 2024-cü ilin əvvəlindən 88% artan terror hücumlarının artmasına cavab olaraq həyata keçirilir. Əfqanıstanda ən fəal anti-Pakistan terror təşkilatı olan qadağan edilmiş “Təhrik-e-Taliban Pakistan” qruplaşması terror hücumları nəticəsində həlak olanların əksəriyyətinə görə məsuliyyət daşıyır”, – ISPR rəhbəri vurğulayıb.
Azm-e-İstehqam adi hərbi əməliyyat deyil, hərtərəfli terrorla mübarizə kampaniyasıdır. “Strategiya Milli Antiterror Fəaliyyət Planına uyğun olaraq həyata keçirilir, Azm-e-İstehqam çərçivəsində hazırda Pakistanda hüquq-mühafizə orqanları terrorçulara və onların əlaltılarına qarşı hər gün 122 əməliyyat keçirir”, – Çaudri bildirib. (Tass)