İyun 24, 2025-3:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

2025:01:20 - 11:06
in SİYASƏT
A A
Pakistan Milli Müasir Dillər Universitetində (NUML) “20 Yanvar – Azərbaycanın qəhrəmanlıq və iftixar tarixi” adlı seminar keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, tədbirdə NUML-in müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib və 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb, faciə zamanı yüzlərlə günahsız insan qətlə yetirilib.

Diplomat vurğulayıb ki, hadisə zamanı Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyə qarşı kəskin etirazını bildirib, təqsirkarların adlarını cəsarətlə dünyaya bəyan edib.

X.Fərhadov deyib ki, Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev təşəbbüsü ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib və bu qanlı cinayətin əsl həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində real addımlar atılıb.

Seminarda daha sonra NUML-in xarici dillər fakültəsinin dekanı professor Cəmil Əsgər Caminin və türk dili kafedrasının müdiri Nur Yasemin Raconun çıxışları dinlənilib. Çıxışlar zamanı natiqlər tərəfindən faciənin tarixi, həmin dövrdə baş verən hadisələr və qəhrəmanlıqlar haqqında iştirakçılara müfəssəl məlumatlar verilib.

Tədbirin bədii hissəsində tələbələr 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər səsləndiriblər.

Əvvəlki Yazı

Zaltsburqda 20 Yanvar faciəsi ilə əlaqədar xatirə guşəsi yaradılıb

Növbəti Yazı

Həftəsonu ölkə ərazisində 81 kiloqramdan artıq narkotik aşkarlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.