Pakistanın Bəlucistan əyalətində məscidin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb, yenilənmiş məlumatlara görə, 50-dən çox insan yaralanıb.
Partlayış Mastunq şəhərində sakinlər Mövlud bayramını – Məhəmməd peyğəmbərin doğum gününü qeyd etmək üçün məscidə toplaşdığı bir vaxtda baş verib. Səlahiyyətlilər partlayışın kamikadze tərəfindən törədildiyini güman edirlər.
Yerli səhiyyə orqanlarının nümayəndələrinin nəşrə verdiyi məlumata görə, 130-dan çox qurban haqqında əvvəllər yayılan məlumatlar yanlışdır. Qarışıqlıq iki xəstəxananın məlumatları təkrarladığı üçün yaranıb.