Pakistanın baş naziri Şahbaz Şərif məktubda Rusiya prezidenti Vladimir Putindən Hindistanla münaqişədə kömək istəyib. Bunu İslam Respublikası baş nazirinin xüsusi köməkçisi Seyid Tarik Fateminin Valday Beynəlxalq Diskussiya Klubunda deyib.
“Qonşular hər an müharibəyə başlamağa hazır olduqları bir vəziyyətdə yaşaya bilməzlər. Biz qonşu ölkələrə – ABŞ-a, Avropa İttifaqına, Rusiyaya mühüm adamlar göndərdik və izah etdik ki, hər hansı ölkədən, BMT-dən və ya Hindistan və Pakistan arasında bitərəf olan ölkələrdən gələn hər hansı təklif olsa, biz onlarla oturub problemi həll etməyə hazırıq”, – o deyib.
“Dünən mənim Rusiyanın xarici işlər naziri cənab Sergey Lavrovla görüşüm oldu. Mən ona baş nazirimin məktubunu və zati-aliləri cənab Putinə müraciəti çatdırdım. Biz bütün bu ölkələrdən Hindistan və Pakistanın danışıqlar masası arxasına oturaraq sülh razılaşmasına nail olmaq üçün öz təsirlərindən istifadə etmələrini xahiş etdik”, – Fatemi əlavə edib. (Tass)