Pakistan Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində ölkənin şərqində, Əfqanıstan-Pakistan sərhədinə yaxın Əfqanıstanın Paktika vilayətində 46 nəfər həlak olub. Bu açıqlama ilə radikal Taliban hərəkatının yaratdığı Əfqanıstan hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid çıxış edib.
“Qurbanların ümumi sayı 46 nəfərdir, əksəriyyəti qadınlar və uşaqlardır”, o, Fransanın AFP xəbər agentliyinə bildirib. (Tass)