Panama prezidenti Xose Raul Mulino şənbə günü ölkəyə səfər edəcək ABŞ dövlət katibi Marko Rubio ilə Panama kanalının mülkiyyəti məsələsini müzakirə etməkdən imtina edib.
“Kanalın mülkiyyəti məsələsinə gəlincə: bu, mümkün deyil, kanalla bağlı danışıqlara başlaya bilmərəm, məsələ bağlıdır, kanal Panamadır”, – Mulino bildirib.
Rubio şənbə günü Panamaya səfər edəcək. Bloomberg-in mənbələrə istinadən verdiyi məlumata görə , dövlət katibi Qvatemala, Kosta-Rika və El Salvadorda da dayanmaq niyyətindədir.
Panama prezidenti Rubio ilə görüşün gündəliyinin hələ müəyyən edilmədiyini göstərib. “Əlbəttə ki, razılaşa biləcəyimiz ümumi məsələlər var: miqrasiya, narkotik ticarəti, çirkli pulların yuyulması, ABŞ-a ixracının artırılması”, – Mulino deyib.
Yanvarın 20-də ABŞ Konqresində inauqurasiya nitqi ilə çıxış edən Donald Tramp Panama kanalını “geri almaq” niyyətini bir daha bəyan etdi. O, kanalın nəzarətinin Panamaya qaytarılmasının verilməməli olan “axmaq hədiyyə” olduğunu müdafiə etdi. Amerika liderinin sözlərinə görə, Çin Panama kanalına nəzarət edir. (Tass)