Panama prezidenti Xose Raul Mulino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalı məsələsi ilə bağlı ölkəyə təzyiqlərini dayandırmasa, BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarına gələ bilər. Bu barədə “Politico” qəzeti yazır.
Nəşrin keçmiş Panama prezidenti Ernesto Peres Balladaresə istinadən verdiyi məlumata görə, Mulino bu həftə çərşənbə günü ona deyib ki, Tramp ölkəsini təhdid etməyə davam edərsə, bu məsələni BMT Təhlükəsizlik Şurasına (2025-2026-cı illərdə) çıxara bilər.
Panama keçmiş prezidentinin nəşrə verdiyi müsahibədə dediyi kimi, Mulino vəziyyətin gələcək inkişafını qiymətləndirmək üçün Trampın inauqurasiyasını gözləyir. “O, yeni seçilmiş prezident Trampın bu məsələdə israrlı olacağı təqdirdə, 20 Yanvardan sonra (İnaqurasiya Günü – TASS-ın qeydi) daha çox tədbir görəcəyini deyib”.
“Politico” yazır ki, Mulinonun şərhləri Panama kanalına nəzarəti bərpa etmək və Danimarka muxtariyyəti olan Qrenlandiyanı ABŞ ərazisinə ilhaq etmək üçün hərbi gücdən istifadə etməyəcəyinə dair heç bir zəmanət verməkdən imtina edən Trampın sözlərinə reaksiya olub. (Tass)