Polşa prezidenti Anjey Duda fevralın 22-də Vaşinqtonda ABŞ lideri Donald Trampla görüşə bilər. Bu barədə PAP agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, iki lider arasında görüş ya Ağ Evdə, ya da Trampın şənbə günü çıxış edəcəyi Mühafizəkar Siyasi Fəaliyyət Konfransı (CPAC) çərçivəsində baş tuta bilər. Agentliyin mənbəsi təklif olunan görüşün vaxtını da qeyd edib – 13:30 ( Bakı vaxtı ilə 22:30), lakin detalların hələ də razılaşdırıldığını vurğulayıb.
Polşa prezidentinin ofisi Dudanın ABŞ-a səfərini və Trampla görüşünü təsdiqləməyib. Artıq Vaşinqtonda olan respublikanın xarici işlər naziri Radoslav Sikorski Polşa mətbuatına keçirdiyi brifinqdə bildirib ki, iki lider arasında görüş barədə hələ heç nə bilmir. (Tass)