Fransa 2025-ci ilə qədər NATO-dan ayrı, mülki əhalinin münaqişə zonalarından təxliyəsi üçün əməliyyatlar həyata keçirmək üçün Avropa çevik reaksiya qüvvələrinin yaradılmasının tərəfdarıdır. Bu barədə Fransa Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornu France 2 telekanalının efirində bildirib.
“Çox vaxt NATO-nun öhdəsindən gəlmək üçün lazımi səlahiyyətə malik olmadığı və Fransanın təkbaşına əməliyyatlar apardığı böhranlar olur” deyib Lekornu. “Bu, məsələn, böhran vəziyyətində olan xarici ölkədən vətəndaşların evakuasiyasına aiddir.”
O, keçən il Fransanın 80-ə yaxın millətdən olan 1 minə yaxın əcnəbini çıxardığı Sudandakı əməliyyatı xatırladıb. “Biz bunu demək olar ki, təkbaşına etdik”.
“NATO-nun bu və ya digər səbəbdən eşitmək istəmədiyi paramilitar əməliyyatlar var. Bu halda bizim qüvvələrimiz avropalıların təhlükəsizliyini təmin edərək müstəqil və çevik hərəkət etməyi bacarmalıdır”, – Lekornu bildirib. “Biz bu istiqamətdə sürətlə hərəkət etməliyik və 2025-ci ilə kimi bu cür əməliyyatlar üçün qüvvə yaratmalıyıq.” (Tass)