İyul 1, 2025-8:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Parisdə Fələstinə dəstək nümayişində 10 nəfər saxlanılıb

2023:10:13 - 0:10
in DÜNYA
A A

Parisin Respublika meydanında Fələstinə dəstək məqsədilə təşkil edilən icazəsiz nümayişin 10 iştirakçısı polis və jandarm tərəfindən saxlanılıb. Bu barədə BFMTV kanalı məlumat yayıb.

Bundan əlavə, daha 24 nəfər hakimiyyətin qadağan etdiyi nümayişdə iştiraka görə cərimələnib. Paris polis prefekturasının məlumatına görə, cümə axşamı axşam saatlarında meydana 3 min insan toplaşıb.

Daxili işlər naziri Gerald Darmaninin Fələstin tərəfdarı hər hansı nümayişi tamamilə qadağan etmək qərarına dair məlumat yayıldıqdan az sonra yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə 20:15) Respublika meydanında Fələstin tərəfdarlarının toplantısını yatırtmaq üçün hüquq-mühafizə orqanlarına əmr verilib.  O vaxta qədər Paris meydanına toplaşan yüzlərlə insan “Azad Fələstin”, “Biz hamımız Fələstinliyik” şüarları səsləndirib, həmçinin meydanın mərkəzindəki abidənin üzərinə Fələstin bayraqları və pankartlar asıblar. Polis izdihamı ətraf küçələrə geri itələmək üçün qalxanlardan istifadə etməyə başlayanda izdihamdan ifadə azadlığı hüququna hörmətlə bağlı çağırışlar eşidilməyə başlayıb.

Daha sonra polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Bu tədbirlərə baxmayaraq, aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarının əmrinə tabe olmayıb, bundan sonra dəyənəklərdən istifadə edərək həbslərə başlayıblar. (Tass)

Əvvəlki Yazı

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 1537 nəfərə çatıb

Növbəti Yazı

İsrail oktyabrın 13-də vətəndaşlarını xaricdə ehtiyatlı olmağa çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.