Parisdə Qəzza zolağında atəşkəs tələbi ilə keçirilən nümayişdə 19 minə yaxın insan iştirak edib. Bu barədə BFMTV kanalı paytaxt prefekturasının məlumatlarına istinadən xəbər verir.
Üstəlik, aksiyanın təşkilatçılarının məlumatına görə, iştirakçıların sayı üç dəfə çox olub – təxminən 60 min nəfər.
Etirazçılar “atəşkəs” və “mülki əhalini bombalamağı dayandırmaq” tələbi ilə şüarlar səsləndiriblər.
Bundan əvvəl solçu “İtaətsiz Fransa” partiyasının lideri Jan-Lyuk Melenşon Qəzza zolağında dərhal atəşkəs və girovların azad edilməsini tələb etmişdi. Bununla belə, o, iki dövlətin birgə yaşaması prinsipi əsasında sülh danışıqlarının aparılmasının vacibliyini də bəyan edib. (Tass)