Avqust 12, 2025-3:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Parlament hərbçilərin ictimai təhlükə törətməyən cinayətləri ilə bağlı dəyişikliyi ilk oxunuşda qəbul edib

2025:04:22 - 16:20
in SİYASƏT
A A

Müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılacaq.

“Report” xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual, İnzibati Xətalar Məcəllələrində və “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Cinayət-Prosessual Məcəlləsinə müvafiq məsələni nəzərdə tutan 214.4-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Həmçinin, bunu nəzərə alaraq Məcəllənin 68.3-cü maddəsinə hərbi məhkəmələrin baxdığı işlər siyahısına “məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallar” ifadəsinin də əlavə edilməsi təklif olunub.

İnzibati Xətalar Məcəlləsinə isə 54.2-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Əvvəlki Yazı

Günba Rusiya ilə xüsusi əlaqələrin qurulmasını Abxaziya Xarici İşlər Nazirliyinin prioriteti adlandırıb

Növbəti Yazı

İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.