İyun 18, 2025-15:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Parlamentlərarası İttifaqın baş katibi Ağdama səfər edib

2024:02:02 - 17:09
in SİYASƏT
A A

Ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq fevralın 2-də Ağdam şəhərinə səfər edib.

APA xəbər verir ki, Parlamentlərarası İttifaqın baş katibini Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Cavanşir Feyziyev, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər müşayiət ediblər.

Ağdama gələn Parlamentlərarası İttifaqın baş katibinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri və şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib.

Qonaqlar Ağdam şəhərində ermənilərin yerlə-yeksan etdikləri binaların, o cümlədən Ağdam Dram Teatrının qalıqlarına baxıblar, Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, Ağdamda hər şeyi məhv edən erməni vandalları buradakı qəbirləri də dağıdıblar.

Sonra Martin Çunqonq Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri, o cümlədən Qarabağ xanlarının türbələri və yaşayış evi – “İmarət” Kompleksində, Ağdam şəhər Cümə məscidində aparılan təmir-bərpa işləri ilə tanış olub. Qonağa məlumat verilib ki, erməni işğalçılarının “Qafqazın Xirosiması”na çevirdikləri Ağdam yaxın illərdə tamamilə yenidən bərpa olunacaq, regionun ən gözəl şəhərlərindən birinə çevriləcək və doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

Əvvəlki Yazı

Xankəndidə Azərbaycan Ordusu gənclərinin forumu keçirilib

Növbəti Yazı

Azərbaycan və Slovakiya çoxtərəfli əməkdaşlığın inkişafını müzakirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.