Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında qanunun qəbulu hələlik Aİ-yə üzvlük demək deyil. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
“Vurğulamaq istərdim ki, qanunun qəbulu özlüyündə hələlik Aİ-yə üzvlük demək deyil. Qanunun qəbulu o deməkdir ki, Ermənistanda Aİ-nin Aİİ-dən daha sərfəli yol olduğuna inanan çoxlu vətəndaşlar var. “, – Ermənistanın baş naziri bildirib.
Yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qətnamə layihəsini təsdiqləyib və o, indi parlamentin müzakirəsinə çıxarılacaq. Paşinyan qeyd edib ki, bu, İrəvanın avtomatik icmaya qoşulması demək deyil, çünki bu məsələ referendum tələb edir. Öz növbəsində, respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan izah edib ki, qanun layihəsinin özü lazımi sayda imza toplayan ictimai təşəbbüsdür. (Tass)