Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlərin olduğunu bildirib. O, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib .
“Azərbaycanla danışıqlarda bəzi müsbət irəliləyişlər var və biz güman etmək istəmirik ki, Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı məsələ qaldıraraq danışıqları dalana dirəməyə çalışır Azərbaycan buna şübhə ilə yanaşır və dəfələrlə bildirib ki, Konstitusiyanın maddələri maneə deyil: “Bizim sülh müqaviləsinin bir hissəsində belə bir maddə var ki, ona görə heç bir tərəf öz öhdəliklərini yerinə yetirməmək üçün daxili qanunvericiliyə istinad edə bilməz- Paşinyan bildirib. (Tass)