Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın sonunda Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşə ümid edir və bu barədə ilkin razılıq var.
“Oktyabrın sonunda Brüsseldə üçtərəfli görüş keçirəcəyimizlə bağlı ilkin razılıq var. Ümid edirəm ki, bu görüşdə əvvəllər əldə olunmuş razılaşmalar təsdiqlənəcək və bu, sülh üçün lazım olan razılaşmaların təxminən 70 faizini təmin edəcək- Paşinyan Amerikanın “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, bu razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilən görüşlərdə əldə olunub. Paşinyan təsdiq edilməli olan prinsipləri sadalayıb: Ermənistan və Azərbaycan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında delimitasiya və bütün regional kommunikasiyaların açılması. (Tass)