Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı eskalasiya siyasətindən əl çəkməyə və Cənubi Qafqazda institusional sülhün bərqərar olmasına çağırır. Bu barədə onun Armenpress dövlət xəbər agentliyinə yazdığı məqalədə deyilir.
“Regionda eskalasiya üçün heç bir ilkin şərt yoxdur və üstəlik, sülh üçün bütün ilkin şərtlər yaradılıb. Mərhələli aksiyalardan və mərhələli eskalasiya siyasətindən əl çəkmək və institusional sülh bərqərar etmək lazımdır. Ermənistan nəinki buna hazırdır, hətta bu yoldan dönməyəcək”, – hökumət başçısı qeyd edib. (Tass)