Azərbaycanın bəzi addımları Ermənistana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı təəssüratı yaradır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində deyib.
“Azərbaycanda rəsmi səviyyədə Ermənistan Respublikasının Qərbi Azərbaycan adlandırılması son dərəcə şübhəli görünür. Bu, məktəblərdə və universitetlərdə tədris olunur. Bizə elə gəlir ki, yeni müharibənin başlanmasına hazırlıq görülür. Ermənistana qarşı hərbi təcavüz, bu, sülh gündəminin irəliləməsi yolunda əsas maneələrdən biridir”. (Tass)