Ermənistanın baş naziri Nikol Paşinyan Respublika Günündə ilk dəfə Sardarapat memorial kompleksini ziyarət etməyib. TASS-ın müxbirinin verdiyi məlumata görə, “Vətən uğrunda Tavuş” hərəkatının lideri arxiyepiskop Baqratın başçılıq etdiyi müxalifət fəalları bütün gecəni burada növbə çəkib, Paşinyanın səfərinin qarşısını almaq niyyətində olublar.
Gecə boyu İctimai Televiziyanın əməkdaşları abidə kompleksində canlı yayım üçün səyyar televiziya qurmuş, kompleksin ərazisində podium da quraşdırılmışdır.
TASS Paşinyanın Sərdarapatda olmamasının səbəbləri ilə bağlı Nazirlər Kabinetindən rəsmi şərhə malik deyil. (Tass)