Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan sırf müdafiə silahları alır və ölkənin müdafiə xərcləri Azərbaycandan xeyli azdır.
“Biz sırf müdafiə silahları alırıq, eyni zamanda, Azərbaycanın xərclədiyi məbləğin 15-20 faizini təşkil edir, biz Azərbaycana silahlara nəzarət, qoşunların çıxarılması və hücum etməmək barədə təkliflərimizi irəli sürmüşük. Bu, qüvvədə qalır və vəziyyəti sabitləşdirə bilərdi, xüsusən də münasibətlərimizin əsası kimi Alma-Ata Bəyannaməsinə arxalandığımızı nəzərə alsaq”, Paşinyan Ermənistanın İctimai Televiziyasında yayımlanan britaniyalı jurnalistlərə müsahibəsində bildirib. (Tass)