Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hazırda Ermənistanda Rusiya bazasının ölkədən çıxarılması məsələsi müzakirə olunmur.
“Biz Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmırıq. Biz işçi görüşlər və digər formatlar çərçivəsində Rusiya Federasiyasının və KTMT-nin bu davranışının səbəbini anlamağa çalışırıq”, – Paşinyan The Wall Street Journal -a müsahibəsində deyib. (Tass)