İrəvan və Bakının delimitasiya komissiyaları sərhədlərin delimitasiyasının hansı hissəsində davam etdiriləcəyini müzakirə etmək üçün tezliklə görüşə bilər. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində bildirib.
“Ermənistan və Azərbaycanda delimitasiya komissiyalarının reqlamenti ratifikasiya olunub, bu o deməkdir ki, delimitasiya prosesi davam etməlidir, hesab edirəm ki, sərhədin hansı hissəsində delimitasiyanı davam etdirməyə hazır olduğumuzu müzakirə etmək üçün yaxın vaxtlarda delimitasiya komissiyaları görüşəcək. Biz konkret, konstruktiv işə sadiqik”, – deyə Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi sualına cavab verib. (Tass)