Ermənistanın baş naziri Nikol Paşinyan Münhen təhlükəsizlik konfransı çərçivəsində Britaniya kəşfiyyatının rəhbəri Riçard Murla görüşüb. Bu barədə bu gün Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Böyük Britaniya Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur ilə görüşüb”, – məlumatda deyilir.
2022-ci ilin dekabrında Riçard Mur Ermənistana səfər edib. Səfər zamanı onların ilk görüşü Nikol Paşinyanla baş tutub. (Tass)