İxtisas təhsili olan Dağlıq Qarabağdan olan məcburi köçkünlər Ermənistanın dövlət qurumlarında işləyə biləcəklər. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyan iclasda bildirib.
“Biz həmçinin tədbirlər görürük ki, məsələn, ümumtəhsil sahəsində mütəxəssislərin işə götürülməsi, səhiyyə işçilərinin səhiyyə sahəsində işə götürülməsi və.s. Nazirliklər vakant yerlər haqqında fəal şəkildə məlumat yayırlar”.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi ləğv edilmiş Dağlıq Qarabağ Müdafiə Ordusunun hərbi qulluqçularının Ermənistan Silahlı Qüvvələrinin sıralarında xidmətini davam etdirə biləcəyini bəyan edib. (Tass)