Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, respublikanın təhlükəsizlik üzrə müttəfiqləri Dağlıq Qarabağ ətrafındakı vəziyyət fonunda guya açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırıblar.
“100 min erməninin Dağlıq Qarabağdan Ermənistan Respublikasına qaçdığı bir vaxtda təhlükəsizlik üzrə müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta açıq şəkildə Ermənistanda hakimiyyətin dəyişdirilməsinə, demokratik hökumətin devrilməsinə çağırdılar”. O, Avropa Parlamentinin iclasında çıxışı zamanı deyib. Tədbir YouTube- da EP səhifəsində yayımlanıb.
Eyni zamanda, Paşinyan bu cür çağırışların hansı “müttəfiqlərdən” edildiyini dəqiqləşdirməyib. (Tass)