Ermənistanın baş naziri Nikol Paşinyan Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan lideri İlham Əliyevlə danışıb. Müvafiq fotoları sosial şəbəkələrdə Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan yayıb.
Söhbətdə Əliyev və Ərdoğanın həyat yoldaşları da iştirak edib.
Ermənistan hökuməti hələ də Paşinyanın Türkiyə və Azərbaycan liderləri ilə təmaslarını rəsmən açıqlamayıb.