Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, onun fikrincə, dünya erməniləri “qurban xalq” kimi qəbul edir.
“Dünya bizi məzlum millət kimi qəbul edir. Biz dünyaya göstərməliyik ki, biz qurban millət olmaq istəmirik”.
Paşinyan öz həllini təklif edir ki, Ermənistan “ordu xalqı deyil, öz ərazisində dövlət kimi, maraqlarına uyğun hərəkət etsin”. “Dövlət beynəlxalq münasibətlərin bəyan edilmiş və qəbul edilmiş qaydaları ilə məhdudlaşmalıdır”, – o qeyd edib.
Paşinyanın fikrincə, həll yolu “millət-ordu” konsepsiyası ilə qarşıdurmada deyil. “Bizə güclü ordu lazımdır, amma problemimiz iki, üç, dörd dövlətin ordusu ilə, yaxud təkcə düşmənlərlə deyil, həm də dostlarla olduğu ortaya çıxarsa, biz neçə ordu ilə daha güclü olmalıyıq? (Tass)