Ermənistan əvvəlki kimi Rusiyanı dost ölkə hesab etməkdə davam edir, bütün məsələlər qarşılıqlı hörmət şəraitində həll edilməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşların suallarını cavablandırarkən deyib.
“Biz həm Rusiya Federasiyasını dost ölkə hesab edirik, həm də hesab etməyə davam edəcək. Dost ölkələrlə münasibətlərdə isə həll edilməli olan məsələlər var. Biz bu məntiqi rəhbər tuturuq. Rusiya Federasiyası ilə münasibətlərimiz qarşılıqlı hörmət, qarşılıqlı maraqlar, suverenliyə və müstəqilliyə hörmət məntiqi üzərində qurulub”, – o qeyd edib. (Tass)