Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan və Paris iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədi müzakirə edir və bu sənəd tezliklə razılaşdırılmalı və imzalanmalıdır.
“Bizim Fransa ilə bir layihəmiz var ki, üzərində işləyirik. Və ümid edirəm ki, bu, ilkin mərhələdə razılaşdırılacaq. Söhbət strateji tərəfdaşlıq sazişindən gedir. Və sonra, lazımi anda, əminəm ki, o, imzalanacaq”, – o, İrəvanda keçirdiyi mətbuat konfransında deyib. (Tass)