Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistan və Rusiya Federasiyası münasibətlərdə çətin mərhələdədir, lakin Yerevan öz xarici siyasət vektorunu dəyişmir. O, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
“Biz heç bir vektoru dəyişmirik. Münasibətlərin çətin mərhələsindəyik. Rusiya üçün də, Ermənistan üçün də, bütövlükdə dünya üçün də çətinliklər var. Problem Rusiya ilə münasibətlərimizdə deyil, problem supergüclər arasındadır.Aİ ilə müqavilə bizdən əvvəl imzalanıb.Biz vektoru dəyişmirik”, – Paşinyan bildirib. (Tass)