Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Avropa İttifaqına tamhüquqlu üzv olmaq istəyir, lakin bu, heç bir ölkə üçün asan prosedur deyil.
“Avropalı həmkarlarımızla müzakirələrimiz zamanı bizdən soruşdular ki, qəbul edilmiş qanun (Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında ) Ermənistanın Aİ-yə üzv olmaq istədiyini ifadə edirmi? Mənim cavabım bəli, Ermənistan Aİ-yə üzv olmaq istəyir. Həm avropalı həmkarlarımız, həm də biz bəyan etdik ki, Aİ-yə üzv olmaq hər bir ölkə üçün asan deyil, ilk növbədə Aİ-yə üzv olmaq asan deyil. Buna görə də namizəd ölkənin Aİ standartlarına cavab verməsi vacibdir”, – o, İrəvanda keçirilən mətbuat konfransında bildirib.