Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin təhlükəsizlik doktrinasına dəyişiklik edilməlidir və bu proses artıq işçi səviyyəsində başlayıb.
“Ermənistanın ətrafında təhlükəsizlik təminatları sistemi işləmədiyi üçün mən hesab edirəm ki, biz milli təhlükəsizlik doktrinamıza yenidən baxmalıyıq”, – o, mətbuat konfransında deyib. (Tass)