Ermənistan Azərbaycana 90-cı illərin əvvəllərində Dağlıq Qarabağda və iki ölkənin sərhədində hərbi əməliyyatlardan sonra dayandırılan dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə bildirib.
“Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsinin necə bərpa olunacağına dair bir həll tapmışıq ki, bu, həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olardı Bu reaksiya alınarsa, tezliklə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”. (Tass)