Ermənistan və Azərbaycan bir-birinə qarşı ərazi iddialarının olmamasına dair qarşılıqlı təminat tələb edir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki müqavilə” partiyasının fəalları ilə görüşündə deyib. Baş nazirin çıxışı öz Facebook səhifəsində dərc edilib.
“Biz Azərbaycandan, Azərbaycandan isə bizdən əlavə qarşılıqlı təminat istəyirik ki, nə bizim, nə də onların bir-birimizə qarşı heç bir gizli ərazi iddiası olmasın. Bu, işlək prosesdir və belə hesab edilməlidir”, – o qeyd edib. (Tass)