Ermənistanın KTMT-dən mümkün çıxması ilə bağlı qərar onun dövlət maraqları nəzərə alınmaqla veriləcək. Bunu respublikanın baş naziri Nikol Paşinyan deyib.
“Bizim siyasi iradəmiz var ki, Ermənistanın dövlət maraqlarından çıxış edərək müəyyən qərarlar qəbul edək. Eyni şey KTMT ilə münasibətlərə də aiddir. Niyə biz təşkilatdan çıxmaq və ya üzvlüyümüzü dayandırmaq qərarına gəlmirik? Biz yalnız bizim ölkənin dövlət maraqları əsasında qərar verəcəyik” – Paşinyan bildirib. (Tass)