Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Belarus tərəfinin təşəbbüsü ilə baş nazir Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.” KTMT Şurasının noyabrın 23-də Minskdə keçiriləcək iclasının təşkili ilə bağlı məsələlər müzakirə edilib. Baş nazir Paşinyan Belarus prezidentinə görüşdə iştirak edə bilməyəcəyi barədə məlumat verib və ümidvar olduğunu bildirib ki, KTMT tərəfdaşları bu qərarı anlayacaqlar”.
Bundan əvvəl Paşinyan və Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndələri dəfələrlə bəyan ediblər ki, İrəvan hazırda KTMT-dən çıxmaq imkanını müzakirə etmir, lakin Ermənistan nümayəndələri son aylar təşkilatın tədbirlərində iştirak etməyiblər. Ermənistan da KTMT-dəki səfirini geri çağırıb və diplomatik missiyaya yeni rəhbər təyin etməyib. (Tass)