Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, KTMT-yə etibar etmək olmaz və onun erməni cəmiyyətinin sualına cavabı yoxdur, niyə belə vəziyyətdə qurumda qalır.
“Əgər biz etibar edilməməsi lazım olan bir təşkilata arxalansaq, o zaman nəinki biz, başqaları da ona arxalana bilməz. Bu, təşkilatın reaksiyasına və bəzi KTMT-yə üzv ölkələrin verdiyi bəyanatlara əsaslanır. Ermənistan cəmiyyəti bizdən soruşur. Niyə KTMT-nin üzvü olaraq qalmağa davam edirsiniz və düzünü desəm, bu suala cavabım yoxdur”, – Paşinyan bildirib. (Tass)