Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün səhər tezdən Moskvaya gedib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan özü təyyarədən çəkilmiş videonu sosial şəbəkələrdə yerləşdirərək “Gəlin Moskvaya uçaq” yazıb. (Tass)