Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə təşəbbüs göstərmək niyyətində olmadığını bildirib.
“Biz növbədənkənar parlament seçkiləri keçirmək fikrində deyilik. Hökumət planlaşdırıldığı kimi işləyir”, – deyə o, jurnalistlərlə söhbətində qeyd edib və “bu söz-söhbətləri” vətəndaşlarla “vasitəçilərsiz” aktiv ünsiyyətdə olması ilə izah edib.
Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına təyin edilib. (Tass)