Ermənistanın baş naziri Nikol Paşinyan Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı Janez Lenarçiçlə görüşündə bildirib ki, İrəvanın Dağlıq Qarabağdan olan qaçqınların humanitar problemlərinin həlli üçün maliyyə dəstəyi lazımdır. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Lenarçikin çətin vəziyyətdə olan Ermənistana səfərini alqışlayıb və qeyd edib ki, yaranmış böhrandan çıxmaq üçün maliyyə dəstəyi lazımdır.Nikol Paşinyan əlavə edib ki, Qranadada Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə mövcud ehtiyacların qiymətləndirilməsi və gələcək yardımla bağlı səmərəli müzakirələr aparıb. ” mesajında deyilir.