Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə ŞƏT sammiti çərçivəsində keçirdiyi görüşdə iki ölkə arasında mövcud olan tərəfdaşlıq və dialoqdan məmnun olduğunu bildirib.
Görüş təkbətək formatda baş tutub.
“Bizim hər zaman çox məşğul gündəliyimiz var. Əminəm ki, bugünkü gündəm də çox məşğuldur, bu, göz qabağındadır. Mən aramızda inkişaf edən tərəfdaşlıq və dialoqa çox şadam. Bizim şəxsi dialoqumuz və əlbəttə ki, qardaş ölkələrimiz arasında çox fəal dialoqdur”, – Paşinyan görüşdə deyib. (Tass)