Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev ilə görüşdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı müzakirə edib. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib. Baş nazir cinayətkarlıqla mübarizə və digər sahələrdə iki ölkənin daxili işlər nazirlikləri arasında sıx əməkdaşlıq və ardıcıl işi vurğulayıb” mesaj deyir. (Tass)