Rusiya tərəfi Ermənistana pullu silah göndərməyib, problemin həlli üçün danışıqlar aparılır. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan vətəndaşların suallarını cavablandırarkən deyib.
“Ödənişlər müqabilində silah və texnikanın verilməməsinə gəlincə, təbii ki, belə problemlər var, bu problemlərin həlli mexanizmləri ilə bağlı məsləhətləşmələr aparılır, bir çox variant var, məsələn, Ermənistanın Rusiya Federasiyasına borcunu azaltmaq, ödənilən məbləğin mübadilə edilməsi, Rusiya Federasiyasının özünün silaha ehtiyacı var, biz işləməyə hazırıq, ümid edirik ki, müzakirələr konkret nəticələr verəcək”. (Tass)