Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazalarının respublikada davam etməsində heç bir üstünlük görmədiyini bildirib. Bu barədə Wall Street Journal məlumat yayıb.
Nəşrə müsahibəsində Paşinyan bildirib ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya “müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməyib”.
Onun sözlərinə görə, Dağlıq Qarabağda baş verən son hadisələr Ermənistanı təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsinin zəruriliyi ilə bağlı qərara gətirib çıxarıb.
Baş nazir qeyd edib ki, “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək iqtidarında deyildi və ya istəmədi”. (Sputnik Armenia)