Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, eləcə də sərhədin delimitasiyasını tamamilə mümkün sayır.
“Praktik addımlarla real sülh yaratmaq, sonra isə yalnız saziş imzalamaq mümkündür, lakin istənilən halda sülh müqaviləsi imzalanmalıdır”, – deyə baş nazir parlamentdə jurnalistlərə bildirib.
Tərəflərin həll etməyə çalışdığı problem çox mürəkkəbdir və təkcə dərslik yanaşmaları ilə proses irəli gedə bilməz. Lakin, digər tərəfdən, o, ümumi prinsipləri sabitləşdirməklə razılaşır. (Tass)