Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam saatlarında İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb. Bu barədə “Armenpress” dövlət agentliyinə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Baş nazir Paşinyan belə praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribat və qızışdırıcı praktikadır”, – Bağdasaryan qeyd edib. (Tass)